Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Opera”nın masaüstü brauzerinin istifadəçilərinin sayı azalır


“Opera Software” şirkəti 2013-cü ilin dördüncü rübü üzrə fəaliyyətinin maliyyə tərəfini açıqlayıb. Norveç istehsalçısının mobil məhsullarının istifadəçilərinin sayının artmasına baxmayaraq, masaüstü brauzer tərəfdarlarının sayı azalmağa davam edir.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, illik hesablamada “Opera”nın masaüstü brauzerinin istifadəçilərinin sayı 7% azalaraq 51 milyon olub. Müvafiq bölmənin gəliri, həmçinin 7% azalaraq 15,4 milyon olub. Bu halda “Opera Software”nin mobil tətbiqlərindən təxminən 270 milyon insan istifadə edir ki, bu da əvvəlki ilin göstəricisini 18% ötür. Bölmənin gəliri 141% artıb və 11 milyona çatıb.
Ümumilikdə şirkətin gəliri 48% artaraq $89,6 milyon dollar olub.

Emil Hüseynov
 
 




13/02/14    Çap et