Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da birinci bitkoin bankomatları quraşdırılacaq


ABŞ-da bitkoin virtual valyutası üçün birinci bankomatlar Siyetl və Ostində quraşdırılacaq. Bu haqda “Robocoin” şirkətinə istinadən “Reuters” xəbər agentliyi məlumat yayıb. Adı çəkilən şəhərlərdə bitkoinlər üçün ATM-in artıq fevralda çıxacağı gözlənilir.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, standart ATM-dən fərqli olaraq bu bankomatlar şəxsiyyət və sürücülük vəsiqələri və şəxsiyyəti təsdiq edən başqa vəsiqələr üçün əlavə skanerə malikdir.

“Robocoin” şirkəti Las-Veqasda yerləşir. Şirkətin bitkoinlər üçün birinci bankomatı 2013-cü ilin sonunda Kanadanın Vankuver şəhərində quraşdırılıb. “Robocoin”, həmçinin Asiya və Avropada öz bankomatlarını quraşdırmaq niyyətindədir.

Emil Hüseynov




18/02/14    Çap et