Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycana daxil olan beynəlxalq internet trafikin maksimal həcmi 100 Gbp/s-ı aşıb


Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasına görə, ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin artımı müşahidə olunur.
 
“ICTnews” xəbər xidmətinin “Delta Telecom” şirkətinin rəsmi statistikasına istinadən verdiyi məlumata əsasən, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir ay ərzində 5,7 % artaraq 104 Gbp/s təşkil edib. Bu, Azərbaycana cari il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir.
 
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 31% artıb. Orta hesabla hazırda ölkəyə daxil olan internet trafikinin həcmi 75-80 Gbp/s təşkil edir.
 
Ölkənin çıxış trafikinin maksimal həcmi son bir ayda 40% azalaraq artıq 15 Gbp/s təşkil edir, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20% artıb. Orta hesabla hazırda ölkənin çıxış trafikinin həcmi 11Gbp/s təşkil edir. 
Aynur Vəliyeva
 




18/02/14    Çap et