Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilərin yarıdan çoxu sosial şəbəkədən asılı vəziyyətdədir


“Webroot” şirkəti istifadəçilərin sosial şəbəkələrə münasibətinin yeni tədqiqatını dərc edib. Tədqiqat ABŞ, Britaniya və Avstraliya sakinlərinin sorğusu əsasında təşkil edilib. Analitiklər qeyd ediblər ki, bütövlükdə sosial şəbəkə istifadəçiləri öz məlumatları və məxfiliyinin müdafiəsinə daha diqqətlə yanaşmağa başlayıblar. Bundan başqa, respondentlərin 54%-i qeyd edib ki, onlar seçdikləri sosial şəbəkə ilə bağlı bəzi asılılıq dərəcəsi hiss edirlər. Bundan başqa, respondentlərin 46%-i bildirib ki, onlar sosial şəbəkədə öz hesablarına gündə bir neçə dəfə və ya daim daxil olurlar. Sosial şəbəkələrdə zərərverici proqramlarla vəziyyət nəzərə çarpacaq dərəcədə pisləşib. Şəbəkələrdə məşhur “Koobface” virusundan əziyyət çəkən istifadəçilərin sayı ABŞ-da 18%-ə qədər artıb. Britaniyada bu göstərici 15%-ə qədər artıb.


internet.cnews.ru




17/08/11    Çap et