Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın işgüzar dairələri Tehranda keçiriləcək “3-cü Beynəlxalq İnnovasiya və Texnologiyalar Sərgisi”nə dəvət ediliblər


19-21 may 2014-cü il tarixlərində İranın Tehran şəhərində “3-cü Beynəlxalq İnnovasiya və Texnologiyalar Sərgisi” (INOTEX 2014) təşkil olunacaq. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar.
 
İranın Pardis Texnologiyalar Parkının (PTP) təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə iştiraklarını indiyə qədər 10-dan artıq ölkə təsdiqləyib. Təşkilat Komitəsindən verilən məlumata görə, yüksək texnologiyalar sahəsində ilk sərgisini 2012-ci ilin fevralında keçirən PTP artıq bu sahədə zəngin təcrübəyə malikdir.
 
Maraqlı tərəflərin görüşü, sahə üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı danışıqların aparılması üçün yaradılmış platforma ölkələrin iqtisadi sektorla yanaşı, siyası arenada da qarşılıqlı dostluq münasibətlərinin gücləndirilməsində önəmli rol oynayır.



Həqiqət İSABALAYEVA




20/02/14    Çap et