Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin elektron xidmətlərinin keyfiyyəti artırılır


Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komitəsi rəsmi internet saytının işində qısamüddətli fasilə müşahidə olunacağını elan edib.
 
Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, nasazlıqlar Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirilməsi, əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətini artırmaq məqsədilə quraşdırılmış yeni serverlərin “Elektron hökumət” portalına inteqrasiya edilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi ilə əlaqədar olacaq.
 
 TQDK 21-24 fevral tarixlərində rəsmi saytının işində müəyyən qısa və uzunmüddətli dayanmalara görə istifadəçilərdən üzr istəyib.
 
 
Aynur Vəliyeva




20/02/14    Çap et