Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry” messenceri “Nokia” aparatlarında işləyəcək


“Inside BlackBerry” bloqunda yazılıb ki, “BlackBerry Messenger” (BBM) – “BlackBerry” şirkəti tərəfindən hazırlanmış ani mesajlarla mübadilə xidməti “Nokia” smartfonlarında işləyəcək.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “BBM” tətbiqi yaxın aylarda “Nokia Lumia” qurğularında işləyəcək. Sözügedən tətbiqi, həmçinin “Android” platforması ilə işləyən “Nokia X” smartfonuna quraşdırmaq mümkün olacaq.

İlk məşhur mobil messencerlərdən biri “BBM” ilk öncə yalnız “BlackBerry” aparatlarında işləyib. 2013-cü ildə tətbiqin “iOS” və “Android” istifadəçiləri üçün müştəriləri çıxarılıb.


Emil Hüseynov
 
 
 
 
 




24/02/14    Çap et