Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əfsanəvi boksçu 50 il sonra “Twitter”də dünyanı şoka saldı


Əfsanəvi boksçu Məhəmməd Əli "Twitter" sosial şəbəkəsində ilk tvitini yazıb. Tvit Sonni Listonla dünya çempionu adı uğrunda döyüşün 50 illik yubileyinə həsr edilib.
 
"Mən Sonni Listona qarşı döyüşdə dünyanı şoka saldım. 50 il sonra isə bunu "Twitter"lə etdim" – Əli öz mikrobloqunda yazıb.
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, Məhəmməd Əli peşəkar karyerasında 61 döyüş keçirib, onlardan 56-da qələbə qazanıb, 5-də məğlub olub. O, 1984-cü ildən parkinson xəstəliyindən əziyyət çəkir.
 
Emil Hüseynov
 




26/02/14    Çap et