Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft”un yeni baş direktoru kadr dəyişikliyi edir


“Microsoft” korporasiyasının yeni baş direktoru Satya Nadella yaxın vaxtlarda top-menecment  komandasında yerdəyişmələr həyata keçirəcək. Qeyri-rəsmi məlumatlara görə, Mark Penn “Microsoft”un yeni icraçı vitse-prezidenti təyin ediləcək.
 
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, eyni zamanda Toni Beyts şirkəti tərk edəcək. Onun yerinə Erik Rudder keçəcək. Həmçinin indiyə qədər “Microsoft”un marketinq şöbəsinə rəhbərlik edən Tami Reller şirkəti tərk edəcək. Onu bu yaxın vaxtlara kimi “Microsoft”un inkişaf strategiyası ilə məşğul olan Kris Kaposella əvəz edəcək.
 
Xatırladaq ki, Satya Nadella fevralın 4-də şirkətin CEO vəzifəsinə təyin edilib.
 
Emil Hüseynov
 




03/03/14    Çap et