Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Elektron hökumət" portalına daxil olanların sayı 301 496 nəfərə çatdı


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət" portalına daxilolmaların növbəti statistikasını təqdim edib. Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2014-cü ilin fevral ayının 28-nə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 532 043 daxilolma qeydə alınıb.

Portala müraciət edənlərin ümumi sayı isə 301 496 nəfər olub. Belə ki, 301 496 nəfər ümumən 523 043 dəfə portala baxıb və 897 300 elektron xidmətə müraciət edib. Həmin şəxslər 1 866 970 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 4 dəqiqə 54 saniyə olub.




Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 56.9%-ni yeni istifadəçilər, 43.1%-ni isə təkrar müraciət edənlər təşkil edib.

Müqayisə üçün fevral ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 38 197 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 23 570 nəfər olub. Həmin şəxslər 145 799 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 76 745 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 54 saniyə təşkil edib. Fevral ayı ərzində portala müraciət edənlərin 52.2%-ni yeni istifadəçilər, 48.8%-ni isə təkrar müraciət edənlər təşkil edib.

 



Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 27553-ə çatıb. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 318 ədəd olub.






07/03/14    Çap et