Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda “PL/SQL” proqramlaşdırma dilinə həsr edilmiş yeni sayt istifadəyə verilib


Azərbaycanda "Oracle" şirkətinin məhsulu olan "PL/SQL"proqramlaşdırma dilinə həsr olunmuş yeni sayt istifadəyə verilib.

Şirkətinnümayəndəliyindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, "Oracle" məlumat bazasının dünya lideri olduğu və Azərbaycanda onun istifadəçilərinin sayı gündən-günə artması nəzərə alındığı halda, "PL/SQL" ilə işləyə bilən proqramçılara olan tələbatda artır.

Xüsusi yaradılmış "plsql.az" saytının komandası və ekspertləri "PL/SQL"proqramlaşdırmaya həsr olunmuş Azərbaycan dilində kitab yazmağı qarşılarında məqsəd qoyublar. Artıq bu kitabın çox hissəsi hazırdı və yaxın zamanda onun tirajlanması və yığılması üçün tipoqrafiyaya ötürülməsi gözlənilir. Saytda məqalələrin çox hissəsi təqdim edilib və onların sayı getdikcə artacaq. "PL/SQL"üzrə məqalələr Azərbaycan, rus və ingilis dillərində  nəşr olunacaq. Resursda eyni zamanda "PL/SQL" üzrə testdən keçmək mümkün olacaq.

Aynur Vəliyeva





12/03/14    Çap et