Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti Hindistanda yeni formatda mağazalar açacaq


Tezliklə “Apple” yeni formatda mağaza təqdim edəcək. Şirkət Hindistanda bazar payının yüksəltmək məqsədi ilə ölkə ərazisində bir çox kiçik ticarət nöqtələri açmağı planlaşdırır. Bu mağazalar “iPhone 4”, “iPad 2” və “iPad mini” modellərinin satışı üzrə ixtisaslaşacaq.

“ICTnews” elektron xəbər xidməti “unian.net” saytına istinadən bildirir ki, sözügedən mağaza formatının sahəsi 40-60 kvadrat metr təşkil edəcək.

“Alma” şirkətinin planına əsasən, ən azı 100 mağazanın açılışı nəzərdə tutulub. Artıq bu mağazaların yerləşəcəyi şəhərlər bəllidir. Hazırda onlar üçün heyət toplanılır. Tələbələrə üstünlük verilir.

“Apple” şirkətinin Hindistanda mağazası yoxdur. Lakin heç də zəngin olmayan ölkədə ənənəvi “Apple Store” mağazası açmaq əlverişli deyil. Buna görə şirkət yenə formata üstünlük verib.

Hindistan bazarı “Apple” üçün xüsusi önəm daşıyır. Yalnız 2013-cü ildə bu ölkədə smartfonların satış həcminin artım tempi 129 faiz olub.

Emil Hüseynov




17/03/14    Çap et