Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan İKT sektorunun gəlirləri bu il 245 milyon manat təşkil edib


Azərbaycan Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, bu ilin yanvar-fevral aylarında ölkədə müəssisə və əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 243,9 milyon manat təşkil edib.

Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11,2 faiz artıb.

Göstərilmiş informasiya və rabitə xidmətlərinin ümumi həcminin 72,4 faizi əhalinin payına düşüb. Bu arada, əldə edilmiş gəlirlərin 58,1 faizi mobil rabitə xidmətlərinin payına düşüb.

Beləliklə, ölkədə mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilmiş gəlirlərin ümumi həcmi 141,7 milyon manat təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz çoxdur.

Aynur Vəliyeva




17/03/14    Çap et