Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gürcüstan Milli Parlament Kitabxanasının nümayəndələri AMK-nın avtomatlaşdırılmış kitabxana sistemi ilə tanış olub


Gürcüstan Milli Parlament Kitabxanasının  Kitabxana resursları üzrə direktor müavini Levan Taktakişvili, İnformasiya texnologiyaları üzrə şöbə müdiri Arçil Takniaşvili, ekspert David Mçedlişvili Azərbaycan Milli Kitabxanasında (AMK) olub.
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə AMK-nın məlumatında deyilir.
 
Gürcüstan Milli Parlament Kitabxanasının  nümayəndələri Azərbaycan Milli Kitabxanasında tətbiq olunan avtomatlaşdırılmış kitabxana sistemi VTLS Virtua ilə tanış olub, ayrı-ayrı modullarının tətbiqini əyani surətdə izləyiblər.
 
CAHANGİR





18/03/14    Çap et