Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un mobil versiyasının istifadəçilərinin sayı 1 milyarda çatıb


“The Verge” nəşri Mark Zukerberqə istinadən yazır ki, “Facebook” sosial şəbəkəsinin mobil versiyasının aktiv istifadəçilərinin sayı 1 milyarda çatıb. Ötən ilin dekabrında mobil qurğulara quraşdırılmış “Facebook” tətbiqindən 945 milyon insan istifadə edib.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, Zukerberq, həmçinin məlumat verib ki, “Instagram” foto xidmətinin abunəçilərinin sayı 200 milyonu ötüb.

Emil Hüseynov






27/03/14    Çap et