Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın Yüksək Texnologiyalar Parkının beynəlxalq əlaqələri genişlənir


Fransanın Nissa şəhərində Azərbaycanın  "Yüksək Texnologiyalar Parkı - "YT Park"  MMC  və  Avropada ən qədim və nüfuzlu texnoparklardan sayılan "Sofiya Antipolis" Texnoparkı arasında strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb.

 Tərəflər arasında müxtəlif sahələrdə əməkdaşlıq müəyyən edilmiş, xüsusilə məlumat bazalarının mübadiləsi və informasiya-kommunikasiya texnologiyaları, alternativ enerji və "klaster dəstəyi" adlandırılan kiçik və orta həcmli müəssisələrə göstərilən xidmətlərin inkişafı məqsədilə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunması qərara alınıb.

Həmçinin gələcəkdə bu kimi sazişlərin digər texnoparklarla da imzalanması nəzərdə tutulub.








28/03/14    Çap et