Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron Təhlükəsizlik Mərkəzi “Windows XP” istifadəçilərinə xəbərdarlıq edir



Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Təhlükəsizlik Mərkəzi (ETM) “Windows XP” əməliyyatlar sistemindən istifadə edən bütün istifadəçilərə 8 aprel tarixinə qədər rəsmi istehsalçı tərəfindən dəstəklənən və daim yenilənən sistemlərə keçməyi məsləhət görür.

Mərkəz bildirir ki, “Microsoft” şirkətinin rəsmi məlumatına görə  aprelin 8-dən etibarən şirkət öz məhsulu olan “Windows XP” sisteminə dəstəyini dayandıracaq. Yəni, bu sistemə texniki dəstək və ən əsası təhlükəsizlik yeniləmələri edilməyəcək.  Qeyd edək ki, təhlükəsizlik yeniləmələri  ziyanverici proqramların hədəfinə çevrilə biləcək təhlükəsizlik boşluqlarını aradan qaldırır və beləliklə, istifadəçilərin məlumatlarının təhlükəsizliyinin təmin olunmasına kömək edir.

Qeyd olunan tarixdən etibarən “Windows XP” sisteminə təhlükəsizlik yeniləmələrinin dayandırılması səbəbindən bu sistem mühafizə olunmayacaq. Sistemin istifadəçilərinin kompüterləri təhlükə altında olacaq. Hakerlərin bu kompüterlərdən pisniyyətli məqsədlər üçün istifadə edəcəyi istisna olunmur.
Qeyd edək ki, sözügedən tarixdən etibarən “Office 2003” proqramlar paketinə də dəstək dayandırılacaq.

CAHANGİR




31/03/14    Çap et