Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Brauzer bazarının vəziyyəti araşdırılıb


Mart ayının nəticəsinə görə, “Chrome” brauzeri “Firefox”dan daha populyar olub: bazar payları müvafiq olaraq 17,52% və 17,26% təşkil edib. Xatırladaq ki, fevral ayında “Google” şirkətinin brauzeri rəqibindən təxminən 1% geri qalıb.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Net Applications” tədqiqat şirkətinin məlumatına görə, “Internet Explorer” lider brauzerdir. “Microsoft”un proqram təminatı brauzer bazarının 57,96 faizinə nəzarət edir ki, bu da fevral ayı (58,19%) ilə müqayisədə bir qədər azdır. Norveç şirkətinə məxsus “Opera” brauzerinin bazar payı 1,2 faizədək azalıb.

Emil Hüseynov






01/04/14    Çap et