Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron ticarətlə alınan malların vergilərinin ödənilməsi ilə bağlı qaydalara dəyişiklik edildi


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilən "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə qərar qəbul edib.
 
NK-dan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, bundan sonra alınmış elektron vergi hesab-fakturasına əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları"na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə, yaxud "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış "Köçürmə əməliyyatlarının aparılması" menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları VN-nin kollegiyası tərəfindən təsdiq edilən inzibati reqlamentlə müəyyən edilir.
 
 
NK-dən bildirilib ki, dəyişikliyə görə, bu Qaydaların 4.3-cü bəndində qeyd edilən ödənişi alıcı qismində vergi ödəyicisi olan fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirə bilərlər: “Ödənişin bu Qaydaların 4.3-1.2-ci yarımbəndinə uyğun ödənişi etməyə səlahiyyəti olan digər şəxs (şəxslər) tərəfindən həyata keçirilməsinə icazənin verilməsi bu Qaydaların 4.3-1.1-ci yarımbəndində qeyd edilmiş şəxslər tərəfindən İnternet Vergi İdarəsində yaradılmış "Səlahiyyətlərin idarə edilməsi" menyusundan istifadə edilməklə gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilir”.
 
 
Bundan başqa, dəyişiklərdə  3. 4.4-cü bənddə "vergi orqanlarından alınmış xüsusi parol-şifrədən istifadə etməklə," sözləri "gücləndirilmiş elektron imza vasitəsilə" sözləri ilə əvəz edilib.
 
SEYMUR




02/04/14    Çap et