Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” Yaponiyanın çip istehsalçısının satın alınması ilə bağlı danışıqlar aparır


ABŞ-ın "Apple" şirkəti Yaponiyanın "Renesas Electronics" mikrosxem istehsalçısı ilə "iPhone" modellərində istifadə edilən maye-kristal displeylər üçün mikroçiplər hazırlayan "Renesas SP Drivers" müəssisəsində səhmlər paketinin (55 faiz) satın alınmasına dair danışıqlar aparır. Bu barədə Yaponiyanın "Nikkei" internet-nəşri məlumat verib.

Məlumata görə, sövdələşmənin dəyəri 50 milyard yen (479 milyon dollar) təşkil edəcək. "Apple" mütəxəssislərinin fikrincə, şirkətin texnologiyası displeyin təsvirinin keyfiyyətini yaxşılaşdırmağa və qurğu batareyalarının istifadə müddətini uzatmağa imkan verəcək.

"Renesas SP Drivers" – "Renesas Electronics", "Sharp Corporation" və Tayvanın "Powerchip" mikrosxem istehsalçısından ibarət birgə müəssisəsidir. Sazişin şərtlərinə görə, "Sharp" şirkəti "Apple"a müəssisənin ona məxsus 25 faizlik səhmlər paketini də verəcək, - "İTAR-TASS" www.itar-tass.com yazır.  
 
 




02/04/14    Çap et