Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə “Chromebook” noutbuklarının tədarük həcmi 2 milyonu ötüb


“ChromeOS” əməliyyat sistemi ilə işləyən ucuz “Chromebook” noutbukları tədricən populyarlaşır. Buna baxmayaraq, o hələ ki bazardan ənənəvi noutbukları sıxışdırıb çıxartmaq gücündə deyil.
 
“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “ABI Research” analitik şirkətinin məlumatına görə, 2013-cü ildə “Chromebook” qurğularının tədarük həcmi təxminən 2,1 milyon olub.
Gələcəkdə istifadəçilərin bu noutbuklara marağının artacağı gözlənilir. Nəticədə, 2019-cu ildə “Chromebook” noutbuklarının tədarük həcmi artıq 11 milyona çatacaq.
 
“HP”nin əsas icraçı direktoru Meq Uitman deyib ki, “Chromebook” noutbukları yalnız təhsil deyil, həmçinin kiçik biznes sahəsində tələbatlıdır.
 
“ABI Research”in məlumatına görə, “Chromebook” qurğularının orta satış qiyməti 338 dollar təşkil edir.
 
Emil Hüseynov




02/04/14    Çap et