Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerində rekord qeydə alınıb


Tezliklə “Facebook”un nəzarətinə keçəcək “WhatsApp” populyar messencerində istifadəçilərinin fəallığını göstərən yeni rekord qeydə alınıb. Bu barədə xidmətin nümayəndələri rəsmi “Twitter” mikrobloqunda xəbər veriblər.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, məlumatlara əsasən, “WhatsApp” istifadəçiləri bir gündə 64 milyard mesaj göndəriblər ki, mesajların da 44 milyardı göndərilən, 20 milyardı isə gələnlərdir.
 
Xatırladaq ki, “WhatsApp”in aktiv istifadəçilərinin aylıq auditoriyası 465 milyonu ötür. Müqayisə üçün, “Viber”dən 300 milyon insan istifadə edir. 2014-cü ilin fevralında bu messencer “Rakuten” onlayn riteylər tərəfindən 900 milyon dollara satın alınıb.
 
Emil Hüseynov




02/04/14    Çap et