Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkəti “Lumia 930” və “630” smartfonlarını nümayiş etdirib


Finlandiyanın "Nokia" şirkəti iki yeni "ağıllı" telefonunu təqdim edib. Növbəti qabaqcıl model "Lumia 930" adlanır və metal korpusa malikdir.

Aparat 2,2 QHs takt tezliyində işləyən "Qualcomm Snapdragon 800" dördnüvəli prosessoru və 1920×1080 piksel təsvir ölçülü 5 düymlü "AMOLED" ekranla təchiz edilib.

"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Lumia 930" modeli 2 QB əməli və 32 QB daxili yaddaş, 2420 milliamper/saat tutumunda akkumulyator, 4 ədəd mikrofon, BSI ilə təchiz edilmiş 20 meqapiksellik "PureView" kamerası, optik sabitləşmə, "Wi-Fi", "Bluetooth 4.0", "GPS" və "NFC" modulları, həmçinin "nanoSİM" slotu ilə təchiz edilib. Smartfonun ölçüləri 137×71×9,8 mm, çəkisi 167 qr təşkil edir.

"Lumia 930" smartfonunda avtonom iş vaxtı danışıq rejimində təxminən 15 saat, veb-sörfinq rejimində isə 7 saatdır. Qi standartlı simsiz adapter dəstəklənir və "Windows Phone 8.1" platforması ilə işləyir.
Smartfonun satışı iyun ayına planlaşdırılıb. Təxmini qiyməti 600 dollardır.
 

 


Ucuz "Lumia 630" smartfonu isə 854×480 nöqtə təsvir ölçülü 4,5 düymlük IPS ekran, 1.2 QHs takt tezlikli "Snapdragon 400" dördnüvəli çipi, 5 meqapiksellik kamera, 512 MB əməli yaddaş və 8 QB daxili yaddaş, həmçinin "microSD" (Lumia 930-da yoxdur) slotu ilə təchiz edilib.

Smartfonun ölçüləri 130×67×9,2 mm, çəkisi 134 qr-dır. 1830 milliamper/saat tutumunda akkumulyator 13 saat fasiləsiz ünsiyyət saxlamağa və ya şəbəkədə təxminən 9 saat sörf etməyə imkan verir.
Yeni aparat mayda 160 dollara satışa çıxarılacaq.

Emil Hüseynov




03/04/14    Çap et