Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter”in veb-versiyasında "smaylik"lərdən istifadə etmək mümkündür


Populyar "Twitter" mikrobloqlar xidmətinin tərtibatçıları elan ediblər ki, masaüstü versiyanın istifadəçilərinə "Emoji" "smaylik"lər dəsti əlçatan olub. Bundan əvvəl yalnız "Twitter"in rəsmi mobil tətbiqinin  istifadəçiləri mesajlarına bu "smaylik"ləri əlavə edə bilərdilər.
 
"ICTnews" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, xidmətin tərtibatçıları istifadəçilər arasındakı diskriminasiyasını aradan qaldırıblar, belə ki, əvvəllər "Twitter"in veb-versiyasında mobil tətbiqdən əlavə edilmiş "smaylik"lərin əvəzinə, sadəcə, ağ kvadratlar əks olunurdu.
 
Emil Hüseynov




04/04/14    Çap et