Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” sosial şəbəkəsində səsli zənglər əlçatan olub


“Facebook” öz messencerini yeniləyib. Əsas yenilik səsli zənglər etmək imkanıdır.
 
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, indi ekranın yuxarı hissəsində, kontakt adının yanındakı telefon düyməsinə sıxdıqda zəng mümkündür.
 
Tətbiq iOS, Andorid və Windows Phone platformaları üçün yenilənib.
 
İstifadəçilər Wi-Fi əhatə dairəsi və ya 3G/4G rabitə operatorlarının şəbəkələri daxilində olduqda, telefon zəngləri edə bilərlər.
 
Emil Hüseynov





05/04/14    Çap et