Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” İtaliyaya vətəndaşların fotoşəkillərini təsadüfən çəkdiyinə görə cərimə ödəyəcək


“Google” internet şirkəti İtaliya hökumətinə “Google Street View” servis proqramını həyata keçirən zaman vətəndaşların icazəsi olmadan onların fotoşəkillərini təsadüfən çəkməsinə görə 1 milyon avro məbləğində cərimə ödəyəcək.

İtaliya hökumətinin məlumatına görə, küçələrin fotoşəkillərini çəkən “Google Street View” avtomobillərinin üzərində bunu dəqiqliklə bildirən işarələrin yazılmaması çəkiliş zamanı küçələrdə olan insanların çəkilişdən xəbərsiz olmalarına səbəb olub. Öz növbəsində “Google” qeyd edib ki, şirkətə qarşı şikayət 2010-cu ildə verilib və o vaxtdan internet nəhəngi ona qarşı sürülən bütün tələbləri yerinə yetirir.

“Google Street View” proqramı ilə bağlı digər məhkəmə şikayətlərinə də rast gəlinib. Belə ki, ABŞ-da “Google” "Street View Google” üçün çəkiliş və informasiyanın toplanması zamanı təsadüfən fərdi məlumatların (elektron məktublar, şəbəkə istifadəçilərinin ad və parolları) simsiz şəbəkələr vasitəsilə ələ keçirilməsinə görə məhkəməyə verilib. Oxşar hərəkətə görə şirkət Almaniyada da 145 min avro cərimə olunub. 

İtaliya hökuməti bildirir ki, indi “Google” "Street View” avtomobillərini fərqləndirici nişanlarla təchiz etməyə başlayıb, eləcə də sayt və yerli KİV-lərdə çəkilişin aparılacağı yerlər barədə əvvəlcədən məlumat verir, - “RBK” www.rbc.ru yazır.
 
 




05/04/14    Çap et