Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Medvedev: “Ölkənin hər bir nöqtəsində internet əlçatan olmalıdır”


Rusiyanın hər bir nöqtəsində internetə çıxış olmalıdır. Bu barədə Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev öz videobloqunda yazıb.
 
"Hazırda həyatımızın heç bir sahəsini internetsiz təsəvvür etmək mümkün deyil, ona görə hər kəs internetə çıxış imkanına malik olmalıdır" – Medvedev deyib.
 
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, baş nazir deyib ki, Rusiya domenləri ilə fəxr edir. “.рф” domeni milli dildə ən uğurlu domendir, 20 il bundan əvvəl qeydiyyatdan keçirilmiş “.ru” domeni dünyada altıncı yerdə qərarlaşıb.
 
“Rusiyanın internet layihələri, xüsusilə sosial şəbəkələr istifadəçilərin internet həyatının mühüm hissəsinə çevrilib” -  Dmitri Medvedev vurğulayıb.
 
Emil Hüseynov




07/04/14    Çap et