Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AMD” şirkəti 3 nüvə ilə olan ilk hibrid prosessoru təqdim edib


“AMD” şirkəti “A-Series” prosessorlarının xəttinə “A6-3500” modelini əlavə edib, onun topdansatış qiyməti 89 dollardır. Təqdim edilmiş çip “x86” arxitekturası ilə 3 hesablama nüvəsi olan “AMD” şirkətinin ilk hibrid prosessoru olub. Nominal takt tezliyi 2,1 QHz (turbo rejimdə 2.4 Qhz) təşkil edir; ikinci səviyyə keşinin həcmi 4 MB-dır. Yayılan istilik enerjisinin (TDP) maksimal qiyməti 65 Vatt-a bərabərdir. Yenilik “DDR3-1866” yaddaş kontrollerinə və “DirectX 11” proqram interfeysinin dəstəyi ilə inteqrasiya edilmiş “Radeon HD 6530D” qrafik kontrollerinə malikdir. Quraşdırma üçün “Socket FM1” konnektoru ilə olan sistem lövhə lazımdır.


hard.compulenta.ru




18/08/11    Çap et