Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BƏƏ gömrüyü qaçaqmalçılıqla mübarizə üçün pilotsuz uçan aparatlardan istifadəyə başlayıb



Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Gömrük İdarəsi ticarət gəmilərinin şübhəli aktivliyini izləmək və yoxlanışını həyata keçirmək üçün pilotsuz uçan aparatlardan istifadəyə başlayıb. Bu barədə “Gulf News” qəzeti məlumat verib.

Hazırda Dubayın mərkəzində “Dubai Creek” körfəzində istifadə olunan aparatlar tezliklə “Jebel Ali” limanında da işə salınacaq.

Videokamera ilə təchiz edilən aparatlar real vaxt rejimində müşahidə aparmağa imkan verir.


Aparatların limanlarla yanaşı, çətin keçilən yerlərdə və sərhədyanı rayonlarda istifadəsi nəzərdə tutulur. Bir müddət əvvəl BƏƏ dövlət poçtunun pilotsuz uçan aparatlar vasitəsilə çatdırılması, eləcə də yanğınlarla mübarizəsi üçün istifadə etməklə bağlı planlarını açıqlayıb, - “RİA Novosti www.ria.ru” yazır.  




09/04/14    Çap et