Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” insan həyatını xilas etdi


"Business Insider" nəşri yazır ki, ana sosial şəbəkənin köməyi ilə uşağının həyatını xilas edib. "Facebook"da oğlunun səhifəsinə baxan ana (Yuta ştatının sakini) onun odlu silahla hədələndiyi şərhi görüb. Ananın sürətli reaksiyası nəticəsində cinayətkarlar cəzalandırılıb.
 
"ICTnews" elektron xəbər xidməti "lookatme.ru" saytına istinadən bildirir ki, ana kriminal məzmunlu şərhi aşkar etdikdən sonra bu barədə məktəb administrasiyasına, sonuncu da öz növbəsində polisə məlumat verib. Qanun keşikçiləri cinayətkarları şərhdə göstərilmiş yerdə tutublar. Onların yeniyetmə olduğu məlum olub.
 
Şübhəli şəxslərin maşınında tapança, marixuana və sonuncunun istifadəsi üçün böyük aparat aşkar edilib. Məlum olub ki, bundan əvvəl yeniyetmələr "Instagram" sosial şəbəkəsində silahları ilə lovğalanıblar.
 
Emil Hüseynov
 




09/04/14    Çap et