Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fərdi kompüter bazarının həcmi niyə azalır?


"IDC" şirkətinin analitikləri qlobal fərdi kompüter (FK) bazarında azalma qeydə alıblar. Məlumata əsasən, 2014-cü ilin yanvar – mart aylarında kompüterlərin tədarük həcmi 73,4 milyon olub ki, bu da 2013-cü ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 4,4% aşağıdır.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "IDC"-nin qlobal fərdi kompüter bazarının monitorinqi üzrə vitse-prezidenti Loren Loverde deyib ki, artıq səkkiz rüb ardıcıl kompüterlərin tədarük həcmi azalır. Yeni texnologiya tendensiyalarının tətbiqi, planşetlər və smartfonlar tərəfindən rəqabət, həmçinin bir sıra iqtisadi amillər buna səbəb kimi göstərilir.
 
"İqtisadi vəziyyət tədricən sabitləşir, lakin tam bərpa uzun prosesdir. Çətin ki, borc böhranı bu yaxınlarda öz həllini tapa, həmçinin Çin kimi  inkişaf etməkdə olan bazarların əvvəlki artım sürətinə qayıdacağı inanılmazdır. Texnoloji planda daha mobil qurğulara aktiv keçid müşahidə olunur. FK tədarüklərinin sabitləşməsi üçün imkan var, lakin artım tempi üçün xüsusi perspektiv gözlənilmir" – deyə Loren Loverde vurğulayıb.
Qeyd edək ki, ötən rübün nəticəsinə görə 12,96 milyon qurğu (+10,5%) tədarük etmiş "Lenovo" ən böyük fərdi kompüter şirkətidir. 17,1% bazar payına sahib "HP" şirkəti isə ikinci yerdə qərarlaşıb.
 
Emil Hüseynov




10/04/14    Çap et