Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistanda 220 dollar qiymətinə olan “Android” planşet çıxıb


Hind şirkəti “Beetel Teletech” 7 düymlü ekranla təchiz edilmiş “Magiq” planşet kompyuterinin satışına başlayıb. Qurğu 1 QHz takt tezliyində işləyən “Qualcomm Snapdragon” prosessoru ilə təchiz edilib. Əməliyyat sistemi kimi “Android 2.2” (Froyo) istifadə olunub. Sensor ekran “WVGA” (480×800 nöqtə) kəskinliyinə malikdir; təsvirin xarici monitorda və ya televizorda əks edilməsi üçün “HDMİ” interfeysi nəzərdə tutulub. Korpusun arxa panelində 2 meqapiksel kamera yerləşdirilib, həmçinin videotelefoniya üçün köməkçi ön kamerası da var.

Planşet mobil şəbəkələrdə iş üçün “3G” moduluna, “Wi-Fi” (802.11b/g/n) və “Bluetooth” simsiz əlaqə adapterlərinə malikdir. Aparat 8 Qb inteqrasiya edilmiş fləş yaddaş, “MicroSD” slotu ilə təchiz olunub. Qurğunun qiyməti 220 dollardır.




18/08/11    Çap et