Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”un mənfəəti birinci rübdə yalnız 3% artıb


2014-cü ilin birinci rübündə “Google” internet şirkətinin mənfəəti 3% artaraq 3,35 milyard dollar olub ki, bu da ötən illə müqayisədə (3,45 milyard dollar) yüksəkdir.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 2014-cü ilin birinci rübündə “Google”un mədaxili 19% artaraq 15,4 milyard dollar olub. Şirkətin göstəriciləri analitiklərin proqnozunu (15.5 milyard dollar) doğrultmayıb.
 
Kliklərin dəyərinin azalmasını “Google”un analitiklərin proqnozunu doğrultmamasına səbəb kimi göstərmək olar. “Google” tərəfindən yerləşdirilən reklam üzrə ödənişli kliklərin sayının rüb ərzində 26% artmasına baxmayaraq, klikin orta dəyəri 9% azalıb. 2014-cü ilin ilk üç ayında “Google”un reklamdan əldə etdiyi gəlirin həcmi 13,87 milyard dollar təşkil edib.
 
Emil Hüseynov
 




17/04/14    Çap et