Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti musiqi bloqu istifadəyə verib


“Google” şirkəti “Music Beta” xidmətinin istifadəçiləri üçün nəzərdə tutulmuş “Magnifier” musiqi bloqunu təqdim edib. Bloqda musiqiçilərlə videomüsahibə və konsertlərdən yazılar dərc edilir. Bloqda "Günün mahnısı" və "Həftənin ifaçısı" rubrikaları yerləşdirlib. Hər posta bir neçə trek əlavə edilir. “Music Beta”-da musiqi kitabxanasına pulsuz musiqi əlavə etmək olar.

“Google” bildirib ki, bloqda yerləşdirilən musiqilərə "musiqi ekspertləri" qrupu cavabdehdir. Konkret musiqi janrına üstünlük verilməyəcək. “Music Beta” istifadəçiləri öz musiqi kolleksiyalarını “Google” serverlərinə yükləyə, kompyuterlərdən və “Android” ilə işləyən mobil qurğulardan onları dinləyə bilərlər. Qeyd edək ki, “Music Beta” xidməti beta rejimdə işləyir və yalnız ABŞ ərazisində xidmətdən istifadə etmək mümkündür.




18/08/11    Çap et