Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ZTE Star 1” smartfonu rəsmən nümayiş etdirilib


“ZTE” şirkəti öz “Star 1” yeni smartfonunu nümayiş etdirib.
 
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “ZTE Star 1” smartfonu 5 düymlük Full HD formatlı ekran, 1.6 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 400” prosessoru, 2 Qb əməli yaddaş və 16/32 Qb daxili yaddaş, 8 və 5 meqapiksellik kamera və 2300 milliamper/saat tutumlu akkumulyator, daxili LTE-modem təchiz edilib. “Android 4.4” mobil əməliyyat sistemi quraşdırılıb.
 
16 QB-lıq “ZTE Star 1” smartfonu istehsalçı tərəfindən 225 dollar dəyərində qiymətləndirilib.
 
Emil Hüseynov




17/04/14    Çap et