Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərkosmos” innovativ gəncliyin formalaşdırılması və potensial kadr bazasının yaradılması məqsədilə ekskursiyalar təşkil edir


“Azərkosmos” ASC innovativ gəncliyin formalaşdırılması və potensial kadr bazasının yaradılması məqsədilə mütəmadi olaraq ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarında texniki təmayüllü ixtisaslar üzrə təhsil alan tələbələr üçün analoji ekskursiyalar təşkil edir.
 
Bu qəbildən olan növbəti ekskursiya 17 apreldə Gəncə Dövlət Universitetinin bir qrup tələbə və müəllim heyəti üçün təşkil edilib. “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) tanışlıq ekskursiyası zamanı ziyarətçilər ASC-nin yaradılması və ölkədə kosmik sənayenin təşəkkül tapması, Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”-in orbitə çıxarılması və istismar işlərinin həyata keçirilməsi, peyk vasitəsilə göstərilən xidmətlər barədə məlumatlandırılıb və əyani olaraq peyk idarəetməsinin əsasları ilə tanış ediliblər.
 
 
 
Həqiqət İSABALAYEVA




17/04/14    Çap et