Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Naxtel” şəbəkəsinin əhatə dairəsi genişləndirilib


Cari ilin 3 ayı ərzində “Naxtel” simsiz telefon şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Naxçıvan şəhərində 5 ədəd yeni baza stansiyası qurularaq istifadəyə verilib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə 2014-cü ilin ilk rübü üzrə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair hesabatda deyilir.
 
Həmçinin qeyd olunur ki, “Naxtel”in SMS xidmət mərkəzi yaradılıb, hazırda sınaq işləri həyata keçirilir.
 
 
CAHANGİR
 
 




22/04/14    Çap et