Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Noutbukların qlobal tədarük həcmi 12% azalıb


Tayvanın “Trend Force” analitik firmasının “WitsView” tədqiqat bölməsinin məlumatına görə, 2014-cü ilin birinci rübündə noutbukların qlobal tədarük həcmi ötən ilin dördüncü rübü ilə müqayisədə 12% azalaraq 40,5 milyon təşkil edib.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislər bildiriblər ki, noutbuk bazarında azalma mövsümi amil və anbarlarda məhsul çoxluğu ilə bağlıdır.
 
Araşdırma, həmçinin sensor idarəetməni dəstəkləyən noutbukları əhatə edib. “WitsView”in qiymətləndirməsinə görə, ötən rüb onların nüfuzetmə səviyyəsi 12,4% olaraq qalıb. Tendensiyanı izah edərək analitiklər deyiblər ki, sensor modellər və hibrid qurğular müasir bazar tələblərinə cavab versə də, qiyməti hələ çox bahadır.
 
"Bazar üçün dizayn yeniliyi yox, qiymət daha vacibdir. Yalnız ucuz modellərin satış həcmi yüksəkdir" – hesabat müəllifi Karolina Çen əmindir.
 
Emil Hüseynov




23/04/14    Çap et