Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni nəsil “Thunderbolt” konnektorunun sürəti artırılıb


“Intel Thunderbolt” kontrollerinin yeni nəslinin xarakteristikaları internetdə dərc olunub. “Alphine Ridge” kod adına malik qurğu saniyədə 40 qiqabitədək məlumat ötürə biləcək.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, ikinci nəsil “Thunderbolt” kontrolleri saniyədə 20 qiqabit keçirtmə qabiliyyətinə malikdir. Bu, yüksək sürətdir, amma videonun eyni zamanda iki 4K monitora ötürülməsi üçün kifayət etmir.
 
Yeni nəsil “Thunderbolt” kontrolleri “HDMI 2.0”, “USB 3.0”, “DisplayPort 1.2” texnologiyalarını dəstəkləyəcək. Elektrik enerjisi sərfiyyatı 50% azalacaq. Lakin yeni kontrollerdə yeni 3 millimetrlik konnektorlar var. Onları müasir “Thunderbolt”-qurğulara qoşmaq üçün xüsusi adapter almaq lazımdır.
 
Emil Hüseynov




24/04/14    Çap et