Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənub bölgəsinin iki kəndində səyyar poçt xidməti göstərilib


“Azərpoçt” MMC Masallı rayonunun Şatroba  və Lerik rayon Hamarmeşə kənd sakinləri üçün səyyar poçt xidməti təşkil edib.
 
Cəmiyyətdən verilən məlumata görə, sakinlərə qısa vaxt çərçivəsində yüksək səviyyədə xidmət göstərmək üçün səyyar poçt avtomobili vasitəsilə poçt-maliyyə xidmətləri göstərilib.
 
Qeyd edək ki, “Mobil xidmət”  respublikanın poçt şöbəsi olmayan ərazilərində  əhalinin poçt, eləcə də, maliyyə xidmətlərindən rahat istifadəsi üçün nəzərdə tutulub.

CAHANGİR
 




29/04/14    Çap et