Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitəçi idmançı yeniyetmələrin Olimpiya oyunlarına lisenziya qazanıb


Aprelin 14-dən 25-dək Bolqarıstanın         paytaxtı Sofiya şəhərində boks üzrə gənclər arasında dünya birinciliyi keçirilib.
 
Turnirdə “Rabitə” idman klubunun boksçusu Məsud Yusifzadə uğurla çıxış edib. Belə ki, idmançı III yer tutaraq bürünc medala layiq görülüb.
 
M.Yusifzadə bu nəticəyə görə, cari ilin avqust ayında Çin Xalq Respublikasında keçiriləcək yeniyetmələrin Olimpiya oyunlarına lisenziya qazanıb.
 
CAHANGİR




29/04/14    Çap et