Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti Azərbaycanın təhsil sahəsi ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır


“Microsoft” şirkətinin Azərbaycanın təhsil sahəsi üçün təklif edəcəyi məhsulları var.

“Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələrində lisenziyalaşma üzrə direktoru Yevgeni Danilov “ICTnews” xəbər xidmətinə bildirib ki,  Azərbaycanda təhsil sistemi elə qurulub ki, ali təhsil ocaqları büdcə vəsaitlərinin xərclənməsində kifayət qədər azaddırlar.

“Hər bir təhsil ocağının özünəməxsus unikal tələbatları var və ola bilər ki, standart biznes proseslərini və təlim prosesini birləşdirən universal proqram təminatı onlara uyğun gəlməsin. Problemin digər tərəfi isə odur ki,  dövlət təhsili ilə yanaşı, ölkədə özəl təhsil ocaqları da var və onları  lisenziyalı proqram təminatlarından istifadə etməyə cəlb etmək lazımdı. Buna görə də bizim məqsədimiz bu sektora məhsulumuzu satmaq deyil  daha çox  qiymət və tərkibə görə ən səmərəli proqramların tətbiqidir ki, onlar gələcəkdə təhsil sahəsində istifadə edilsin. Ümumiyyətlə, “Microsoft” üçün təhsil sahəsi gəlir gözlənilməyən bir sahədir”,- deyə o bildirib.


Qeyd edək ki, “Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyi yaxın zamanda Təhsil Nazirliyi ilə Təhsil sisteminin inkişafı üzrə yeni strategiya çərçivəsində memorandum imzalamağa hazırlaşır. Təhsil Nazirliyinin bundan öncə həyata keçirdiyi inkişaf layihəsi çərçivəsində şirkət təhsil ocaqlarına simvolik qiymətə proqram təminatı təqdim edib, “İT Akademiyalar” yaradıb . Hazırda da  bu istiqamətdə işləri davam etdirir, müəllimlərin kompüter biliklərinin artırılması üzrə təlimlər keçirir.
 
Aynur Vəliyeva




30/04/14    Çap et