Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Microsoftdan simsiz klaviatura


Microsoft şirkəti simsiz klaviatura və Wireless Desktop 2000 siçanını buraxıb. Digər həllərdən fərqli olaraq klaviatura AES şifrələnməsinin 128 bitlik alqoritmindən istifadəsi ilə fərqlənir. Belə ki, düymələrin sıxılması vaxtı məlumatların klaviaturadan qəbulediciyə ötürülməsi müdafiə olunur.Siçan yerdəyişmənin daha dəqiq izləməsini təmin edən BlueTrack funksiyasını dəstəkləyir.
ABŞ-da dəstin qiyməti 40 dollardır




05/06/11    Çap et