Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 23 minə yaxınlaşıb


Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmaqda davam edir.
 
 “Whois.az” saytı xəbər verir ki, “.az” domen zonasında ilin əvvəlindən qeydiyyatdan keçmiş  domenlərin sayı 23 minə yaxınlaşıb.
 
Domenlərin böyük əksəriyyəti (21301) “.az” domeninin payına düşür. Həmçinin 892 “.com.az” domeni qeydiyyatdan keçib.
 
Sonrakı yerlər aşağıdakı kimidir:

  1. .pro.az             1
  2. .name.az          8
  3. .biz.az              18
  4. .info.az              46
  5. .co.az                63
  6. .pp.az                37
  7. .int.az                43
  8. .net.az               72
  9. .org.az               125
  10. .edu.az              181



“.mil.az”, “.sheki.az” “.samux.az”, “.zaqatala.az”, “.gence.az”, “ganja.az”, “.shamaxi.az” və “.imishli.az” zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib.
 
Məlumat üçün bildirək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də “.az” domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.
 
Emil Hüseynov
 
 
 




30/04/14    Çap et