Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial şəbəkələr işə qəbulda kömək edir


"Facebook" və ya "VKontakte" kimi sosial şəbəkələrdə profillər insan resursları üzrə menecerə namizədin əmək məhsuldarlığının hansı səviyyədə olmasını və onun bu və ya digər vəzifəyə uyğun gəlməsini bilməyə imkan verir. Psixoloqların sözlərinə görə, insanların sosial şəbəkələrdə aktivliyi nəticəsində onun iki xüsusiyyəti – vicdanla yanaşma və ekstraversiya daha aydın şəkildə özünü büruzə verir.    
 
Vicdanla yanaşma dedikdə insanın ümumi mütəşəkkilliyi, dəqiqliyi, işi vaxtında görmək qabiliyyəti başa düşülür. Bu, potensial əməkdaşın müvəffəqiyyətli olmasını müəyyən etməyə kömək edən başlıca xüsusiyyətidir, - Old-Dominion Universitetinin mütəxəssisi Riçard Landers deyib.  
 
Ekstraversiya insanın əsasən kənar dünyaya və sosial münasibətlərə yönələn fəallıq xüsusiyyətidir. Bu xüsusiyyət əsas etibarilə satış üzrə mütəxəssis və proqramçı vəzifələrində iş axtaranlar üçün vacibdir. 

Tədqiqat çərçivəsində 146 insanın rəyi öyrənilib. Onlardan psixoloji testdən keçmək xahiş olunub və bu zaman digər alimlər qrupu onların "Facebook"dakı profilləri əsasında şəxsi keyfiyyətlərini (güzəştə getmək, əsəbilik, düzlük, ekstraversiya) qiymətləndirib. İnsanlar barəsində sosial şəbəkələrdəki səhifələrin öyrənilməsi nəticəsində əldə olunan məlumatlar onların özləri haqqında dediklərindən daha çox məlumat almağa imkan verib. R.Landersin sözlərinə görə, "Facebook" sayəsində sorğu iştirakçılarının əvvəllər özlərini necə aparmalarını da öyrənmək mümkün olub.  
     
Eyni zamanda, psixoloq xəbərdar edib ki, vicdanla yanaşma və ekstraversiya kimi xüsusiyyətlərin qiymətləndirilməsi subyektiv xarakter daşıyır. "Facebook"dan insanın şəxsiyyəti barədə dəqiq məlumat əldə etmək üçün onun profili haqqında onlarla və daha çox insan öz fikrini bildirməlidir. Buna görə kim işə qəbul zamanı "Facebook"dakı səhifəni əsas kimi götürsə, namizədin profili mütləq bir qrup insan tərəfindən öyrənilməlidir", - R.Landers vurğulayıb, - "Vesti www.vesti.ru" yazır.   
 
 




30/04/14    Çap et