Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti tələbələrin məktubunu oxumayacaq


"Google" şirkətinin rəsmiləri bildiriblər ki, şirkət tələbələrin "Gmail" hesablarını monitorinq etməkdən imtina edib. Bu, yaxın vaxtlarda şirkətə qarşı məhkəmə prosesi ilə izah edilir: "Google"un reklam mexanizmlərinin fəaliyyəti ABŞ-ın maarifləndirici sahədə məxfilik haqqında qanununu pozur.
 
"ICTnews" elektron xəbər xidməti "lookatme.ru" saytına istinadən bildirir ki, daxil olan və göndərilən poçtun təhlili istifadəçinin hesabında məqsədli reklam sazlaması üçün lazımdır.
 
Tələbələrin informasiyasının mühafizəsi haqqında qanun "Microsoft"un təkidi ilə qəbul edilib. "Biz əminik ki, tələbələrin informasiyası kommersiya məqsədləri üçün istifadə edilməməlidir və "bulud" xidmətlərinin provayderləri bu məlumatlardan istifadə haqqında məlumat verməlidirlər" – "Microsoft" rəsmisi deyib.
 
Emil Hüseynov
 




01/05/14    Çap et