Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BestComp Group” şirkəti “DELL” şirkətinin Azərbaycanda rəsmi distribüteri statusunu alıb


Azərbaycanın və Cənubi Qafqazın  İKT sahəsində liderlik mövqeyini daim yeniliklərlə qoruyub saxlayan "Bestcomp Group" şirkəti  fəaliyyət sahəsini daim genişləndirir.
 
Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, 2014-cü ilin may ayından etibarən "Bestcomp Group" dünyanın lider şirkətlərindən biri olan ABŞ-ın  "DELL" korporasiyasının  Azərbaycan üzrə distribüterlik statusunu qazanıb.
 
"DELL" şirkəti 1984-cü ildə təsis olunub və hazırda kompüter sistemlərinin işlənib hazırlanması və istehsalı sahəsində dünyanın ən qabaqcıl şirkətlərindən biridir.
 
Aynur Vəliyeva
 




01/05/14    Çap et