Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Motorola” şirkəti mayın 13-də yeni smartfonunu nümayiş etdirəcək


İki həftə sonra Çinin “Lenovo” şirkətinə məxsus “Motorola” yeni smartfonunu nümayiş etdirəcək. Aparat mayın 13-də Londonda keçiriləcək tədbirdə təqdim ediləcək. “Motorola” şirkəti inkişaf etməkdə olan bazarlar üçün “Moto E” modelini təqdim etməyə hazırlaşır.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, təxminlərə görə, “Moto E” smartfonu 720p təsvir ölçülü 4,3 düymlük ekran, 1 QB əməli yaddaş, 1.2 QHs takt tezlikli ikinüvəli prosessor, 1900 milliamper/saat tutumunda akkumulyator, 5 meqapiksellik kamera və batareya ilə təchiz ediləcək.
 
Emil Hüseynov




01/05/14    Çap et