Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” təbiətin qayğısına qalır


“Apple” bərpa olunan enerji mənbələri üzrə yeni menecer vakansiyasını bağlı elan edib. “NV Energy” energetika şirkətinin keçmiş vitse-prezidenti Bobbi Xollis bu vəzifəni icra edəcək. Bu haqda “Mac Rumors” onlayn nəşri yazır.

“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, Xollisin vəzifələrinin konkret siyahısı hələlik məlum deyil. O, “NV Energy” şirkətində 5 il ekoloji cəhətdən təmiz enerjinin tədarükü müqavilələrinin bağlanması ilə məşğul olub.

Son zamanlar “Apple” şirkəti ekoloji cəhətdən təmiz və bərpa olunan enerji mənbələrinə daha çox diqqət ayırır. Məlumdur ki, “Apple”ın bütün data mərkəzləri bərpa olunan enerji ilə təmin olunur, işçi kampuslarda bu göstərici 75%-dir.

Emil Hüseynov




02/05/14    Çap et