Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalına 5 yeni elektron xidmət inteqrasiya edilib



Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi daha 5 xidmət “Elektron hökumət” portalı üzərindən təqdim olunacaq.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portala əlavə olunan bu xidmətlərə  “Dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu”,  “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” və “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” daxildir.
 
Dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu” xidməti vasitəsilə dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciət və qanunvericiliklə müəyyən edilmiş sənədlər elektron formada Dövlət Sosial Müdafiə Fondunun departamentləri, rayon şöbələri, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinə təqdim edilir.
 
Digər 4 xidmət vasitəsilə müvafiq haqq-hesab cədvəllərinin elektron formada doldurularaq Dövlət Sosial Müdafiə Fondunun departamentləri, rayon şöbələri, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinə təqdim olunması həyata keçirilir.
 
CAHAHGİR




02/05/14    Çap et